“Musa Qurbanlı ilə bağlı “Qarabağ“a heç bir təklif olmayıb“

saytların hazırlanması

Evə çatdırılma

“Musa Qurbanlı ilə bağlı “Qarabağ“a heç bir təklif olmayıb“

İdman

13 Yanvar 2023 17:23 1864


"Qarabağ" hücumçusu Musa Qurbanlı ilə bağlı heç bir rəsmi təklif almayıb.

Yenisabah.az xəbər verir ki, bunu Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

O, Polşanın "Poqon" klubunun 20 yaşlı futbolçu ilə bağlı "Qarabağ"la danışıqlar aparması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən bu iddiaların doğru olmadığını qeyd edib: Pepperoni pizza

"Hazırda Antlyada "Poqon"la bir oteldə qalırıq. Ancaq bu xəbərlərlərin həqiqət payı sıfırdır. Bu, müzakirə mövzusu deyil. Musa ilə bağlı klubumuza heç bir rəsmi təklif olmayıb".

Qeyd edək ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa bu mövsüm "Qarabağ"ın heyətində 21 oyuna 14 qol vurub, 4 məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!