Musa Qurbanlı Polşa klubuna keçə bilər

saytların hazırlanması

Evə çatdırılma

Musa Qurbanlı Polşa klubuna keçə bilər

İdman

14 Dekabr 2022 15:10 892


Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını Polşada davam etdirə bilər. 

“Report”un “Sportowefakty.wp.pl”ə istinadən məlumatına görə, “Poqon” klubu 20 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Yeni hücumçu axtarışında olan Ekstraklassa təmsilçisi Qurbanlını heyətinə cəlb etməyi düşünür. Dördpendirli pizza

Yeganə problem kimi gənc forvardın “Qarabağ”la müqaviləsinin 2024-cü ilin yayına qədər qüvvədə olması göstərilib. Lakin vurğulanıb ki, “Poqon” onun transferi müqabilində Azərbaycan çempionuna təzminat ödəməyə qarşı deyil.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 13 oyunda 11 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!