Musa Qurbanlı Polşa klubuna keçir? - Atası danışdı

Musa Qurbanlı Polşa klubuna keçir? - Atası danışdı

İdman

17 Dekabr 2022 10:58 730


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu, oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, mütəxəssis hələlik rəsmi təklif olmadığını bildirib: 

"Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə, belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur".

Qeyd edək ki, Musa 2019-cu ildən "Qarabağ"ın futbolçusudur. Ağdam təmsilçisi bu gün 20 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!