Müsavatdan seçki ilə bağlı növbəti qərar: Arif Hacılı...

saytların hazırlanması

Evə çatdırılma

Müsavatdan seçki ilə bağlı növbəti qərar: Arif Hacılı...

Siyasət

05 İyul 2024 09:25 485


Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək. Bu qərar Partiya Məclisinin 4 iyun tarixli ilcasında qərara alınıb. 

Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək. 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Turan-a bildirib ki, Məclis sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.  pizza sifarişi

"Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Divanına həvalə etdi", - Gülağa Aslanlı deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!