Müxalifət Paşinyanı “divara dirədi”

saytların hazırlanması

Evə çatdırılma

Müxalifət Paşinyanı “divara dirədi”

Siyasət

09 Noyabr 2020 17:04 1979


Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanla görüş tələb edir. 

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” müxalifət partiyalarının parlament fraksiyalarının rəhbərləri Gagik Tsarukyan və Edmon Marukyan bununla bağlı birgə bəyanat yayıblar.

Marukyan əlavə olaraq sosial şəbəkədə də tələblərinə aydınlıq gətirib. Sezar pizza

“Təxminən iki həftə əvvəl, Milli Məclisin müxalifət fraksiyalarının liderləri olaraq, Gagik Tsarukyanla birlikdə Təhlükəsizlik Şurasının təcili iclasının çağrılması təklifi ilə Baş nazir Nikol Paşinyana müraciət etdik. Lakin bu, hələ də reallaşmayıb. Hərbi əməliyyatların hələ də davam etdiyini nəzərə alaraq, bu gün yenidən parlamentdəki müxalifət qrupları ilə təcili görüş tələbi ilə Baş nazirə müraciət etdik", - deyə o bildirib.

Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın müxalifətçi deputatların bəyanatına münasibəti gecikməyib. O bildirib ki, əgər belə bir görüş planlaşdırılacqsa, bu barədə məlumat verəcək.

Mane Gevorqyanın cavabından hiss olunur ki, Paşinyan müxalifət təmsilçilərinin israrlı tələblərinə baxmayaraq onlarla görüşməkdə maraqlı deyil. Siyasi şərhçilərin fikrincə, Baş nazirin bu cür mövqe tutması ona qarşı ciddi müqavimət hərəkatının başlanmasını şərtləndirə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!