“Müzakirə etdik və fikrimi onlara çatdırdım” - Qurban Qurbanovdan “Ximki” açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

“Müzakirə etdik və fikrimi onlara çatdırdım” - Qurban Qurbanovdan “Ximki” açıqlaması

İdman

02 Sentyabr 2022 19:09 1285


Qurban Qurbanov Rusiya Premyer Liqasında çıxış edən “Ximki” klubundan təklif gəlməsi ilə bağlı xəbərlərə reaksiya verib.

“Qarabağ”ın baş məşqçisi Sports.az-a açıqlamasında bu xəbəri təsdiqləyib.

50 yaşlı mütəxəssis xarici klubun təklifi ilə bağlı bunları deyib:  Sezar pizza

“Bəli, “Ximki”dən əlaqə saxlayıblar və bu məsələ müzakirə olunub. Təbii ki, belə bir təklifin gəlməsi xoşdur. Amma mən daha əvvəl də açıqlamalarımda bildirmişdim ki, indi yalnız “Qarabağ”ı düşünürəm. Onlara da bu fikri çatdırıb, təşəkkür etdim”. 

Qeyd edək ki, Qurban Qurbanova 2 il öncə Türkiyə Super Liqasında çıxış edən “Hatayspor”dan da təklif gəlmişdi. Amma həmin təklif əvvəl Tovuz hadisələrinə, daha sonra Vətən müharibəsi dövrünə təsadüf etdiyindən “Qarabağ”ın baş məşqçisi “Ölkəmin belə həssas məqamında buranı tərk edə bilməzdim”, - demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!