İtaliyanın “İnter” klubunun erməni futbolçusu Henrix Mxitaryan təxribata əl atıb.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, yerli telekanalda yayımlanan bir rubrikada özü haqqında danışan Mxitaryan haralı olması ilə bağlı suala cavab verərkən bunu xəritədə göstərmək qərarına gəlib. Bunun üçün isə o, Ermənistanın və Azərbaycan ərazisinin bir hissəsini çəkib.
AFFA-ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla qeyd edib ki, məsələ barəsində AFFA-nın məlumatı var: “Artıq müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA-ya və İtaliya Futbol Federasiyasına (FİGC) müvafiq müraciət ünvanlanacaq”. Dominos pizza
Telegram kanalımız