Nadir: “Özü aşiq-məşuqda sayı itirib, amma camaata dərs keçir!”

saytların hazırlanması

Evə çatdırılma

Nadir: “Özü aşiq-məşuqda sayı itirib, amma camaata dərs keçir!”

Şou

03 Noyabr 2023 11:22 11855


“Sosial verilişlərdə insanların hissləri ilə oynamayaq. Ora gələn insanlar onsuz da problemlidirlər. Normal insan ailə problemlərini efirdə danışırsa, deməli, anormaldır. Bir az da onu verilişdə müzakirəyə qoyub üstünə gedirik”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Xəbərin var?” verilişində deyib. 

O bu sayaq verilişlərə müraciət edənləri qonaqların ittiham etməsini düzgün saymayıb: Sezar pizza

“Həm də həmin adamın üstünə kimlər gedir... Baxırsan, öz ailəsi yoxdur, amma ailə dərsi keçir. Axı özün başdan-ayağa problemsən. Əvvəlcə özünü tərbiyələndir, sosiallaşdır, problemini həll et, sonra mənə dərs keç! 

Biri studiyada oturub, tanıyıram o kimdir, aşiq-məşuqunun sayı hesabı yoxdur. Amma camaata əxlaq dərsi keçir. Stop! Olmaz! O insanlar bədbəxtdir. Problemi olana kömək edə bilirksə, edək. Edə bilmiriksə, sənə kim ixtiyarı verib, üstünə qışqırıb alçaldırsan. Allahdan qorx!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Intiqam
    Ay mawAllah Nadir.gozel ve deqiq demisen.beli efire cixib orda wexsi meselesini insan numayiw etdirirse demeli bular zaten cemiyyete prablemdiler.ve cilpaq ayaqlarini ciyinlerine qeder qaldirib bu meseleni oz aqillariyla hell eden xanimciqazlarda varsa. Ne olacaq bizim geleceyimiz.bu sozderim ise kiwilikden xeberi olmayib kiwilik dersi kecenlere de aiddi
    3 years ago