Nadir toya çağırmadığı müğənnilərdən   üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Nadir toya çağırmadığı müğənnilərdən üzr istədi

Şou

11 Yanvar 2022 11:46 1001


Müğənni Nadir Qafarzadənin oğlunun bir müddət əvvəl baş tutan toyu ətrafında gedən müzakirələr səngimək bilmir.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramında qonaq olan Əməkdar artist Əlikram Bayramov və Əflatun Qubadov həmkarlarının onları toya çağırmamasından incidiklərini bildiriblər.

Əlikram Bayramov öz oğlunun toyuna Nadiri çağırsa da, həmkarının onu dəvət etmədiyini deyib. pizza mizza

Əflatun Qubadov isə öz oğlunun toyuna Qafarzadəni dəvət etmədiyi üçün Nadirin də onu çağırmadığını bildirib. 

Qafarzadə isə öz növbəsində həmkarlarına ismarıc göndərərək üzrxahlıq edib. O, kiçik oğlu Əzizin toyuna mütləq onları çağıracağını qeyd edib. "Əlikram, birinci sənə dəvətnamə göndərəcəm", - deyərək həmkarının könlünü almağa çalışıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!