"Bursaspor"da çıxış edən millimizin üzvü Namik Ələskərov Türkiyə 1-ci liqasının sonuncu-37-ci turunda "Menemenspor"la matçı buraxacaq.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sözügedən görüş öncəsi məşqdə getmədiyi üçün iştirak ərizəsində yer almayacaq. Namiklə yanaşı digər legionerlər və əsas futbolçular Bursa təmsilçisinin 1-ci liqanı tərk edəcəyi dəqiqləşdikdən sonra məşqləri buraxıblar.
Bu səbəbdən sabah meydana U-19 və U-17 komandanın üzvləri çıxacaq. pizza mizza
Qeyd edək ki, "Bursaspor"un prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.
Telegram kanalımız