Namiklə Türkiyənin məşhur klubları maraqlanır

saytların hazırlanması

Evə çatdırılma

Namiklə Türkiyənin məşhur klubları maraqlanır

İdman

31 May 2022 15:36 928


Türkiyə Superliqasının bir neçə klubu Azərbaycan millisinin və “Bursaspor”un futbolçusu Namik Ələskərovla maraqlanır. 

Bu barədə Qol.az saytına açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərli bildirib. O, oyunçumuzla maraqlananlar olsa, rəsmi təklif gəlmədiyini deyib: 

“Namiklə Superliqa klubları maraqlanır. Amma hələlik rəsmi təklif yoxdur. Yəqin ki, məsələyə yaxın 5-10 gün ərzində aydınlıq gələcək”.  Toyuqlu pizza

Qeyd edək ki, Namikin komandası “Bursaspor” 2021/22 mövsümünün sonunda 1-ci liqada 44 xalla 17-ci yeri tutub və aşağı liqaya yuvarlanıb. Futbolçu ötən ilin yayında bu klubla 2+1 illik müqavilə imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!