Namizədliyini geri götürən sədr: “Hər yerdə yaydılar ki...”

saytların hazırlanması

Evə çatdırılma

Namizədliyini geri götürən sədr: “Hər yerdə yaydılar ki...”

Rəsmi

14 Dekabr 2019 07:51 1318


Xəbər verdiyimiz kimi, Əmircan bələdiyyəsinin hazırkı sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində namizədliyini geri götürüb.

Məsələ ilə bağlı Rəfail Cəfərov “Yeni Sabah”a  açıqlamasında xəbəri təsdiq edib və özünün, qohumlarının namizədliyini geri götürməsinin səbəbini açıqlayıb:

“Doğrudur, namizədliyimi geri götürmüşəm. Səbəb belə boş-boş söhbətlər oldu. Hər yerdə yaydılar ki, guya bütün ailə üzvlərim namizədliyini verib. Guya bu günahdır, ya cinəyətdir, anlamıram… Elə ona görə də namizədliyimi götürmüşəm.  pizza hut

Dörd nəfər idi bizdən namizədliyini verən. Onlar da qardaşlarım idi, tanınmış, adlı-sanlı adamlar idi deyə namizədliklərini vermişdilər. Başa düşmürəm, burda qəbahət nə idi?  Belə mənfi hallandırdılar hər yerdə, yalandan.  Ona görə heç məsləhət bilmədik və geri çəkdik”.

Əsmətxanım 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!