“Napoli” 33 il sonra İtaliya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

“Napoli” 33 il sonra İtaliya çempionu oldu

İdman

05 May 2023 01:16 859


İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, “Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Neapol şəhərinin təmsilçisi 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə buna nail olub. Luçano Spalettinin komandası 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsə də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib. Toyuqlu pizza

Beləliklə xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.

“Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl - 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!