Naqil oğurlayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Naqil oğurlayanlar saxlanıldı

Kriminal

06 May 2019 09:51 1022


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzov və Famil Qədirov saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə  maddi sübut kimi aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.  Gördüyünüz bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə, eləcə də Sabunçu Xətt Polis Şöbəsinə  müraciət edə bilərlər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!