Nardaranda istirahət mərkəzində xuliqanlıq olub, bir qrup şəxs saxlanılıb 

saytların hazırlanması

Evə çatdırılma

Nardaranda istirahət mərkəzində xuliqanlıq olub, bir qrup şəxs saxlanılıb 

Hadisə

13 İyun 2023 10:44 736


Nardaranda istirahət mərkəzində xuliqanlıq olub, bir qrup şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.  Sezar pizza

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. 

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!