Narışkin: “Qərbin MDB-dəki millətçi partiyalarla əlaqələri barədə məlumatlar var”

saytların hazırlanması

Evə çatdırılma

Narışkin: “Qərbin MDB-dəki millətçi partiyalarla əlaqələri barədə məlumatlar var”

Dünya

26 Noyabr 2024 11:47 527


ABŞ və onun avropalı müttəfiqləri öz ərazilərində Ukrayna ssenarisini həyata keçirmək üçün MDB ölkələrindəki millətçilərlə əlaqə saxlayır.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclasında çıxışı zamanı deyib.

“Vaşinqton, London və Brüsseldə ayrı-ayrı Birlik ölkələrinə Ukrayna ssenarisini tətbiq etmək variantlarını araşdırırlar. Bu, milli kimliyin gücləndirilməsi bəhanəsi ilə dar millətçiliyi qızışdırmaq və Qərblə inteqrasiyaya təkan vermək deməkdir. Amerika və Avropanın xüsusi xidmət orqanlarının MDB-dəki millətçi partiyalar və hərəkatlarla sabit əlaqələri barədə məlumatlar var”, - deyə Narışkin qeyd edib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!