Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nizami rayonu ərazisində saxlanılan şəxs əvvəllər məhkum olumuş Ülvi Musayevdir. Onun üzərinə baxış zamanı 103 qram heroin aşkar olunub.
Ü.Musayev ifadəsində sosial şəbəkədə vasitəsilə narkokuryerliyə cəlb edildiyini və narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini əsasən binaların girişlərində olan poçt qutularında gizlətdiyini bildirib. pizza sifarişi
Faktla bağlı materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Telegram kanalımız