Narkotik becərən 76 yaşlı qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik becərən 76 yaşlı qadın saxlanıldı

Kriminal

24 May 2019 09:10 977


Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini S.Həsənova saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dəmir və plastik qablarda xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş-xaş bitkisi aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktla bağlı S.Həsənova barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!