Narkotik becərən şəxs polisə bıçaq çəkdi

saytların hazırlanması

Evə çatdırılma

Narkotik becərən şəxs polisə bıçaq çəkdi

Kriminal

31 May 2019 09:29 1147


Yevlax Rayon Polis Şöbəsinə Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, mayın 30-da həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini Cəmil Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. pizza sifarişi

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!