Narkotik çəkib qəza törədən sürücü tutuldu - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkib qəza törədən sürücü tutuldu - FOTO

Kriminal

23 Aprel 2022 11:16 378


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edərək qəza törədən şəxs həbs olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən yayınıb. Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə N.Qurbanovun olduğu yer müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun narkotik vasitə qəbul etdiyi məlum olub.

N.Qurbanov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və qərara əsasən 30 gün müddətinə inzibati qaydada həbs edilib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!