Narkotik satan qardaşlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satan qardaşlar tutuldu

Kriminal

26 Noyabr 2021 12:23 1058


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb. Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib. Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!