Narkotik satan şəxs tutulub

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satan şəxs tutulub

Kriminal

17 May 2019 09:18 1193


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı birgə əməliyyat keçirilib.

DİN-dən "Yeni Sabah"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçiriblər.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini Elşən Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülüb. Pepperoni pizza

Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini Coşqun Alışov saxlanılıb. Ondan 480 qram marixuana götürülüb. Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!