Narkotik satıcısı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satıcısı həbs olundu

Kriminal

22 İyun 2022 12:42 1261


Şirvanda saxlanılan şəxsin evindən külli miqdarda heroin aşkarlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Əkbərovdur.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqrama yaxın olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. pizza

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!