Narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən göyçaylı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən göyçaylı saxlanıldı

Kriminal

22 Sentyabr 2022 16:10 1136


Narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən Göyçay sakini saxlanılıb.

Yenisabh.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs - şəhər sakini Nazim Tağıyev məsuliyyətə cəlb edilib.

Onun yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib. Dördpendirli pizza

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!