Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu, xəsarət alan var -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu, xəsarət alan var - VİDEO

Hadisə

28 Noyabr 2025 11:22 509


Bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, E.Abdullayev “Nissan” markalı avtomobillə hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır. Yolda yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb. Faktla bağlı araşdırma aparılır. Dominos pizza

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!