Natiq Şirinov Alim Qasımovla quda olmasından danışdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Natiq Şirinov Alim Qasımovla quda olmasından danışdı – Video

Şou

11 Noyabr 2021 11:55 1885


Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov Xalq artisti Alim Qasımovla quda olması barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Günün Sədası” proqramında qonaq olan sənətçi oğlu ilə Alim Qasımovun nəvəsini musiqinin birləşdirdiyini deyib:

“Bizi birləşdirən musiqi oldu. Musiqinin nə qədər dəyərli olduğunu bir daha başa düşdüm. Bilənlər bilir ki, Fatimə də oxuyur, səsi var. Musiqi söhbətləri ilə yaranan münasibət olub”. Dördpendirli pizza

Qeyd edək ki, Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə bu il Tibb Universitetinə qəbul olunub. Ümid isə atasının rəhbərlik etdiyi “Natiq” ritm qrupunun üzvüdür.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!