NATO-nun Baş katibi erməniləri məyus etdi

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun Baş katibi erməniləri məyus etdi

Siyasət

22 Oktyabr 2020 13:55 662


"NATO Dağlıq Qarabağ münaqişəsində tərəf deyil".

Yenisabah.az xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq Ermənistan prezidenti Armen Sarkisyanla birgə mətbuat konfransında deyib.

O, Ermənistan prezidentinə xatırladıb ki, NATO bu münaqişədə iştirak etmir: "NATO atəşkəs rejiminin davamlı pozulmasından və insan itkilərindən dərin narahatlığını bildirir. Döyüş əməliyyatlarının başa çatması NATO üçün və beynəlxalq təhlükəsizlik üçün vacibdir, dinc həll yolu tapılmalıdır. Dinc sakinlərə istənilən hücumlar qəbuledilməzdir və dayandırılmalıdır. Bütün tərəflər münaqişənin siyasi həllinin tapılması üzərində işləməlidir”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!