NATO-nun Baş katibi Türkiyəyə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

NATO-nun Baş katibi Türkiyəyə təşəkkür etdi

Dünya

17 Avqust 2021 19:50 1197


NATO-nun Baş katibi Yens Stoltenberg Brüsseldə keçirilən mətbuat konfransı zamanı Əfqanıstanla bağlı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, təşkilat rəhbəri hazırda əsas vəzifənin təxliyə prosesini təhlükəsiz şəkildə başa çatdırmaq olduğunu bəyan edib.

O, həmçinin Əfqanıstan missiyasına göstərdikləri dəstəyə görə Türkiyə, ABŞ və Britaniyaya xüsusi təşəkkürünü bildirib. Dominos pizza

Bununla yanaşı, Stoltenberg ölkədə baş verənlərə görə bütün məsuliyyətin Əfqanıstanın artıq keçmiş rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Bu arada, Pentaqondan verilən məlumata görə, Əfqanıstanda olan ABŞ hərbi qüvvələrinin təxliyəsinin avqustun 31-də tamamlanması planlaşdırılıb. Hazırda bölgədə 4 min amerikalı hərbçinin olduğu vurğulanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!