Naxçıvan gömrükçüləri 242 kq çox heroin aşkarladı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan gömrükçüləri 242 kq çox heroin aşkarladı

Kriminal

11 Dekabr 2021 15:32 819


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Naxçıvan gömrükçüləri tərəfindən əməliyyat həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, Naxçıvan Gömrük Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına oradan da təyinat ölkəsi Belçika Krallığına gedən 36-AA-961 dövlət nömrə nişanlı "Scania" markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.

Gömrük baxışı həyata keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub. Pepperoni pizza

Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!