Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Ombudsmanı İranın hücumu ilə bağlı bəyanat yaydı

Siyasət

05 Mart 2026 20:44 515


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İran ərazisindən bu gün Naxçıvana qarşı həyata keçirilən pilotsuz uçuş aparatı hücumları ilə bağlı bəyanat yayıb.

"Yeni Sabah" xəbər verir ki, bəyanatda bildirilir ki, xüsusilə Naxçıvan Beynəlxalq Hava Limanının ərazisinin və Şəkərabad kəndində məktəbə yaxın sahənin hədəfə alınması mülki əhalinin, o cümlədən uşaqların təhlükəsizliyi baxımından qəti şəkildə pislənilir.

Qeyd olunur ki, mülki obyektlərin və təhsil müəssisələrinin yaxınlığında baş verən bu cür hücumlar beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin, xüsusilə mülki şəxslərin qorunması prinsipinin kobud şəkildə pozulmasıdır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!