Naxçıvanda 1 nəfər koronavirusdan öldü

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda 1 nəfər koronavirusdan öldü

Sağlamlıq

13 Aprel 2020 10:47 845


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Yenisabah.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılmışdır. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. 1 nəfər sağalaraq evə buraxılmış, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda bildirilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!