Naxçıvanda duz istehsalı dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda duz istehsalı dayandırıldı

İqtisadiyyat

24 Oktyabr 2025 15:21 467


"Naxçıvan Duz İstehsalı" MMC-də istehsal və qablaşdırma dayandırılıb.

Bu barədə "Yeni Sabah"a Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb. pizza mizza

Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!