Naxçıvanda ən çox səsi şəhid anası topladı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ən çox səsi şəhid anası topladı

Siyasət

02 Sentyabr 2024 12:10 517


Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, onların arasında ən yüksək səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. O, 75,28% səs toplayıb.

Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Dördpendirli pizza

Digər ən yüksək səs faizi toplayanlar isə Məmmədov Bəxtiyar İbrahim oğlu (74,38), Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09) və Bayramov Mübariz Novruz oğludur (74,07).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!