Naxçıvanda keçmiş idarə müdiri ölümcül qəza törətdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda keçmiş idarə müdiri ölümcül qəza törətdi

Hadisə

22 İyul 2023 18:28 1159


Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün baş verən qəza zamanı avtomobil yolu keçən ata və 5 yaşlı oğlunu vurub.

Qəza nəticəsində, Babək rayon Cəhri kənd sakini Fərzəliyev Mərhəmət Məhəmməd oğlu ölüb. Oğlu 5 yaşlı Fərzəliyev Məhəmməd Mərhəmət oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Sezar pizza

Qəzanı törədən bir vaxtlar Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmovdur.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!