Naxçıvanda ötən illə müqayisədə cinayətlərin sayı azaldı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda ötən illə müqayisədə cinayətlərin sayı azaldı

Siyasət

15 İyul 2024 18:13 534


Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2024-cü ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müşavirədə Muxtar Respublikada cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilib. Marqarita pizza

Sənan Paşayev 2024-cü ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək 2023-cü ilin I yarımili ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayında azalma müşahidə olunduğunu, cinayətlərin açılma faizinin 97.9% təşkil etdiyini qeyd edərək, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası prokurorluq orqanlarında müraciətlərə baxılması işinin keyfiyyətcə yeni səviyyəyə qalxması, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsi, hüquqi təbliğat və profilaktiki söhbətlər nəticəsində 2023-cü ilin birinici yarımili ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə daxil olan müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, davamlı olaraq bu sahədə profilaktiki tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılması barədə tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!