Naxçıvanda xüsusi təyinatlılar şərti düşmən hədəflərini məhv etdi

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanda xüsusi təyinatlılar şərti düşmən hədəflərini məhv etdi

Rəsmi

30 Yanvar 2024 15:29 2913


Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər.

Yenisabah.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib. pizza mizza

Havanın əlverişsiz olmasına baxmayaraq, Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlılarının yüksək peşəkarlıq nümayiş etdirdiyi məşğələlər davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!