Naxçıvanın Bakıdakı nümayəndəsindən etiraz: “Onlayn bilet satışı narazılıq yaradıb“

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvanın Bakıdakı nümayəndəsindən etiraz: “Onlayn bilet satışı narazılıq yaradıb“

Sosial

13 İyun 2020 19:04 1987


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məktubla müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

"2020-ci il iyunun 18-də açılması nəzərdə tutulan Bakı-Naxçıvan-Bakı aviareyslərinə onlayn bilet satışı ciddi ehtiyacı olanlarda narazılıq yaradıb, nəticədə bilet ala bilməyənlərin çoxsaylı müraciətlərinə səbəb olub. Bu müraciətlərə əsasən, əlavə reyslərə növbəli açıq bilet satışı məqsədəmüvafiq olardı. Nəzərə almağınız xahiş olunur". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!