Nazilə Səfərli: “Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Nazilə Səfərli: “Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur” - VİDEO

Şou

25 Noyabr 2023 09:13 791


"Oğlum Nurlan və xanımı Nuranəyə dəyməyə, evlərinə sonuncu dəfə 2 həftə əvvəl getmişəm. Onları bir dəfə ay yarım görmədim".

Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli "Rəngarəng səhər" verilişində deyib.

O bildirib: "Mənim hər gün oğlumla gəlinimin evinə gedib, gözü döyənək etməkdən xoşum gəlmir. Dəqiqədə bir gəlinimi niyə narahat edim. Gəlinə qoçaq, pul qazanan, hörmətli, layəqətli oğul vermişəm. Mən niyə gedib burnumu onların evinə soxmalıyam?!" Toyuqlu pizza

Aparıcısı Aysel Novruzovanın "Nənə kimi gedin, nəvənizi bir az saxlayın, gəlininiz də uzansın bir az dincəlsin... Axı gəlininiz yuxusuz gecələr keçirir. Bəs, qayınanalar və analar nə üçündür?! Gəlinə kömək etmək üçün... Eləmərsiniz?" sualına Nazilənin cavabı belə olub:

"Bir az yavaş ol... Nənə tərbiyəsi görən uşaq tərbiyəsiz olur!"

Qeyd edək ki, Nazilə Səfərlinin Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub. Cütlüyün bu ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və beləcə Nazilə ilk dəfə nənə olub. Bu şərəfə isə şairə nəvəsi üçün dəvə qurbanı kəsərək, gündəmə səs salıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!