İsveçin Xarici İşlər naziri Marqot Valstryom istefa verib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, nazir bu addımı ailəsinə daha çox vaxt ayırmaq üçün atıb. Valstryom istefa qərarını sosial şəbəkədə açıqlayıb.
O, 5 illik fəaliyyəti dövründə ailəsinə və nəvələrinə daha çox vaxt ayıra bilmədiyini deyib. Bu səbəbdən belə qərar qəbul etdiyini açıqlayıb. Toyuqlu pizza
Qeyd edək ki, Valstryom ölkəsinin 2014-cü ildə Fələstini müstəqil dövlət kimi tanımasından hər zaman qürur duyduğunu tez-tez dilə gətirənlərdən olub.
Telegram kanalımız