Nazir alimin həyat yoldaşına yüksək vəzifə verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazir alimin həyat yoldaşına yüksək vəzifə verdi - Foto

Siyasət

14 İyun 2024 18:43 2674


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinə rəis təyin edilib.

"Qaynarinfo"nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Ülvi Əhəd oğlu Mirzoyev təyin edilib.

Qeyd edək ki, Ülvi Mirzoyev 11 avqust 1976-cı ildə Bakıda anadan olub. 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisi, 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olub. Azərbaycan alimi, dermatoloq Leyla Mirzoyevanın həyat yoldaşıdır. pizza hut

Ülvi Mirzoyev Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədridir.

Xatırladaq ki, ötən ilin sentyabrında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra bu vəzifəni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi olan polkovnik-leytenant Vəfa Dadaşova icra edirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!