Nazir dəyişdi, nazirlikdə nə dəyişib? - Deputat danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir dəyişdi, nazirlikdə nə dəyişib? - Deputat danışdı

Mədəniyyət

28 Dekabr 2023 13:58 2243


Son zamanlar Mədəniyyət Nazirliyinin fəaliyyətindən narazıların sırası xeyli genişlənib. 

Belə  iradlardan biri də deputat Sabir Rüstəmxanlı tərəfindən oldu. O, nazirliyin əməkdaşlarının verdiyi ssenarini anlamadığını iddia etdi. 

Bəs görəsən, həqiqətənmi keçmiş nazirin dövründə nazirlikdə qeyri-peşəkar adamlar vəzifə tutub? Marqarita pizza

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa son zamanlar Mədəniyyət Nazirliyində müsbətə doğru xeyli dəyişikliklər edildiyini açıqlayıb: 

“Bu məsələ ilə bağlı əvvəlki vaxtlarda kifayət qədər şikayətlər vardı. Bizim özümüz də nazirliyin müəyyən fəaliyyətlərindən narazı idik. Amma son dönəmlərdə bu istiqamətlərdə xeyli dönüş yaranıb. Mədəniyyət naziri bütün kateqoriyadan olan sənət adamları ilə görüşür, özü birbaşa onlara baş çəkir və proseslərin içindədir. 

Ona görə də bu istiqamətdə hansısa addımların atılması yəqin ki, planlaşdırılır. Mən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi mədəniyyət xadimləri ilə görüşü bütün platformalar üzərindən gerçəkləşdirirəm. Hamısını qəbul edib görüşürəm, amma konkret olaraq müraciət etsələr, əminəm ki, nazirlik də müraciətləri hansısa formada geri çevirməyəcək və onlarla görüşəcək. Onların da, bizim də vəzifə borcumuzdur ki, mədəniyyət sahəsindəki insanları dinləyək, onların problemləri ilə tanış olaq və bacardıqca kömək etməyə çalışaq. Müraciət etsələr, bu istiqamətdə onlara müsbət cavab veriləcək. Ən azından təkliflərinə həssas yanaşılacağını düşünürəm”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!