Nazir “Əmək“ ordenini Ədalət Vəliyevə təqdim etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir “Əmək“ ordenini Ədalət Vəliyevə təqdim etdi

Sosial

14 Mart 2019 20:10 1124


Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

“Yeni Sabah” xəbər verir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim edib. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik edib. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib.

“Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir. Onun fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. Bu gün təqdim olunan orden də bunun əyani sübutudur. Ədalət müəllimlə uzun müddət bərabər çalışmışıq. Bu illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına xidmət etmişik”, - deyə Əbülfəs Qarayev vurğulayıb. Pepperoni pizza

Daha sonra orden Ədalət Vəliyevə təqdim olunub. Ədalət Vəliyev onun xidmətlərinə yüksək qiymət verdiyinə görə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya öz minnətdarlığını ifadə edib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!