Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışdı

Siyasət

27 İyun 2024 14:52 542


Ermənistanla sərhədlərin delimitasiya sahəsində işlər davam edir. Yaxın gələcəkdə növbəti müsbət addımların şahidi olacağıq.

Yenisabah.az xəbər verir ki, bunu Ceyhun Bayramov gürcü həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların davam etdiyini vurğulayıb. Dördpendirli pizza

Nazirin sözlərinə görə, son aylarda Ermənistan-Azərbaycan postmünaqişə normallaşması istiqamətində müsbət inkişaflar müşayiət edilir.

“Görüş əsnasında Ermənistan-Azərbaycan postmünaqişə normallaşması sahəsində mövcud vəziyyət barədə məlumat verdim. Qeydim ondan ibarət oldu ki, bu istiqamətdə işlər davam etdirilir. Biz son aylarda bir sıra müsbət inkişaflar müşayiət etmişik. Bunlardan Azərbaycan-Ermənistan sərhədinin bir hissəsinin delimitasiyası ilə bağlı razılıq əldə edilməsi və protokolun imzalanması da var. Bu addımı əhəmiyyətli hesab edirik. Bu protokol sayəsində Azərbaycanın 4 kəndinin işğalı başa çatıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!