"Kabil hava limanında ABŞ yük təyyarəsindən yıxılan Əfqanıstan vətəndaşlarının faciəsini Amerika şirkətinin köynəyə çevirməsi insanlığın degenerasiyasıdır".
Yenisabah.az xəbər verir ki, bunu şəxsi "Twitter" səhifəsində İran XİN-in Cənubi Asiya məsələləri üzrə müavini Seyyid Rəsul Musəvi yazıb.
O, ABŞ-ın C17 yük təyyarəsindən yıxılan Əfqanıstan vətəndaşlarının şəkillərinin idman köynəklərində əks olunmasını pisləyib. Marqarita pizza
Nazir müavini paylaşımında qeyd edib: "Bu, bəşəriyyətin bədbəxtliyi deyilmi?! Yəni amerikalıların Əfqanıstandan qaçarkən yaratdıqları ən ağrılı və ürəkyandıran səhnələri Amerika şirkətlərinin köynəyə çevirməsi və satışa çıxarması. Bəşəriyyyət degenerasiya içində boğulur!"
Xatırladaq ki, faciənin biznesə çevrilməsinə ilk etiraz ABŞ-dakı "Atlantic Council" beyin mərkəzindən gəlib.
Telegram kanalımız