Nazir: Onlar da sertifikasiyaya cəlb olunacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Onlar da sertifikasiyaya cəlb olunacaqlar

Sosial

29 Mart 2025 21:23 408


"Bağçada bir iş olsaydı, flankəs də işləyərdi" - uzun illər məktəbəqədər təhsil pilləsində bu məntiq işləyib. Artıq köhnə təfəkkürün dəyişmə zamanı çoxdan gəlib çatıb".

Yenisabah.az xəbər verir ki, bunu Xəzər TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, təhsilin bu pilləsində dəyişikliklər olacaq: pizza sifarişi

"3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bura cəlb olunacaqlar. Eyni zamanda, bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir".

Emin Əmrullayev bildirib ki, şagirdlərin ünvana rahat çatması üçün "Məktəbli avtobusu" layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihənin üzərində hazırda işlər gedir, yaxın zamanda bunun təqdimatının olması planlaşdırılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!