Nazir: “Putin və Rəisi yaxın vaxtlarda görüşəcək“

saytların hazırlanması

Evə çatdırılma

Nazir: “Putin və Rəisi yaxın vaxtlarda görüşəcək“

Dünya

06 Oktyabr 2021 15:10 1103


Moskva və Tehran Rusiya Federasiyası və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüşünə dair razılığa gəlib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə verdiyi açıqlamada bildirib.

Çox da uzaq olmayan bir zamanda, ümid edirik ki, paytaxtlardan birində prezidentlərin görüşü keçirilə bilər. Bu mövzuda razılaşmamız ölkələrimiz arasında əlaqələrin strateji və imtiyazlı olduğunu göstərir. Rusiyanı İran İslam Respublikası üçün strateji tərəfdaş olaraq qəbul edirik",- deyə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla danışıqlardan sonra İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.  pizza hut

O əlavə edib ki, Rusiya İranın xarici siyasətində prioritet yer tutur və yaxın gələcəkdə ikitərəfli münasibətlərin bütün istiqamətlərdə inkişafını görmək mümkün olacağına ümid edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!