Nazir Raqif Abbasovun dayısı oğlunu yüksək vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Raqif Abbasovun dayısı oğlunu yüksək vəzifəyə təyin etdi

Sosial

30 Aprel 2025 15:42 8389


Xəbər verdiyimiz kimi, Rəşad Əzizov Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002 ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. pizza

2022-23 illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

R.Əzizov son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Rəşad Əzizov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi, "Araz-Naxçıvan" futbol komandasının baş katibi Raqif Abbasovun dayısı oğludur. O, Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun müavini Fikrət Əzizovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BELƏ BİABIRÇILIQ OLAR? YALNIZ ADAMI, ARXASI OLANLAR TƏHSİLİNƏ AİD OLMAYAN VƏZİFƏLƏRƏ GƏTİRİLİRLƏR. ONA GÖRƏ DƏ KİNO İNKİŞAF ETMİR.
    1 year ago