Nazir: Yaxın Şərqdə qalan azərbaycanlıların təxliyəsi üçün işlər gedir

saytların hazırlanması

Evə çatdırılma

Nazir: Yaxın Şərqdə qalan azərbaycanlıların təxliyəsi üçün işlər gedir

Siyasət

06 Mart 2026 13:44 340


Yaxın Şərqdə baş verən proseslər fonunda müxtəlif ölkələrdə qalan vətəndaşlarımızın təxliyəsi üçün işlər gedir.

"Yeni Sabah" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, səfirlik və konsulluqlara olan müraciətlərin sayı 1000 civarındadır: “Əsas 5 ölkə - BƏƏ, Səudiyyə, Qətər, Bəhreyn və Küveytdə 1000-ə yaxın vətədaşımızdan müraciətlər almışıq”. Pepperoni pizza

"Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi", - nazir vurğulayıb.

C.Bayramov bildirib ki, martın 7-də Qətərdə qalan vətəndaşlarımız da Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə qalan insanlar var, onların hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.

XİN başçısının sözlərinə görə, İrandan vətəndaşlarını təxliyə etmək üçün XİN-ə 50-dən çox ölkədən 2500 müraciət var. Nazir bildirib ki, XİN müraciətləri Nazirlər Kabinetinə təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!