Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

Sosial

19 Mart 2019 14:44 960


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.

Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub. 

Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub. pizza sifarişi

Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən təsdiqləyiblər.

Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov sabiq Nəqliyyət naziri Ziya Məmmədovun kadrı kimi tanınır. O, uzun illər "Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb. Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub.

Mia.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!