Türkiyənin Ədliyyə naziri jurnalistlər haqda sərt açıqlama verib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunç Muğlanın Seydikemer rayonundakı Ədliyyə Sarayının Açılış Mərasimində iştirak edib. Nazir Tunç buradakı çıxışında 2002-ci ildə müstakil ədliyyələrin sayının 78 olduğunu ifadə edərək bildirib:
"Bu gün Seydikemer ilə birlikdə 367 müstakil ədliyyəyə çatdıq. Ehtiyaca görə onların sayını artıracağıq". Toyuqlu pizza
Nazir Tunç, qanunların ehtiyaclara cavab vermədiyini görən kimi qanunvericiliyin Məhkəmə İslahatı Strategiya Sənədləri ilə yeniləndiyini söylədi. Məhkəmə İslahatı Strategiya Sənədi ilə bağlı cəmiyyətin bütün təbəqələrindən gələn fikirləri dəyərləndirdiklərini vurğulayan Tunç, artıq son mərhələyə çatdıqlarını qeyd edib.
O, sözlərinə belə davam edib:
"Bu gün YouTuber olmuş jurnalistlər Türkiyə məhkəməsinin müstəqil olub-olmadığını müzakirə edirlər. Əvvəlcə keçmişinizə baxın. Bu ölkənin hakimləri və prokurorları ədalət sistemini qurmaq üçün yollarını davam etdirəcəklər. Qanunun aliliyinə inan və buna şübhə etməyin”.
Aytac Şahin
Telegram kanalımız